Bakıda oynayan tanınmış futbolçunun burnunu dişlədilər - FOTO
20.08.2011 - 09:55
Tanınmış italiyalı futbolçu Kristian Vyeri xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, hazırda Portuqaliyanın “Boavişta” klubunda oynayan 38 yaşlı hücumçunun burnunu dişləyiblər. Bu hadisə İbitsa şəhərinin restoranlarından birində baş verib. Vyerinin vəkili bildirib ki, müştərisinin burnundan biznesdə olan keçmiş tərəfdaşı dişləyib. Kristian bu insidentlə bağlı artıq polisə şikayət edib.
Qeyd edək ki, Vyeri uzun illər çıxış etdiyi İtaliya yığmasının heyətində milli komandamızla həm səfər, həm də ev oyununda iştirak edib. O, millimizə İtaliyada böyük hesabla qalib gəldikləri (4:0) görüşdə qol vurub.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0