Aleksandr Səmədov Rusiya yığmasında oynamaqdan imtina etdi
20.08.2011 - 10:12
Moskva “Dinamo”sunun futbolçusu Aleksandr Səmədov Rusiya milli komandasında oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı soydaşımız bu ölkənin yaxında yaradılan 2-ci yığmasında çıxış etməkdən boyun qaçırıb. Səmədov Rusiyanın əsas yığmasından dəvət gözlədiyindən, onun əvəzedicilərində oynamağa özünü layiqli saymır.
Rusiyada doğulub, boya-başa çatan Aleksandrın atası əslən Gəncədəndir. Yarımmüdafiəçi tarixi vətəninə hələ 2003-cü ilin avqustunda dəvət olunsa da, milli komandamızın düşərgəsində qısa müddət olub, Moskvaya qayıtdıqdan sonra oynamaqdan imtina etdi. Rusiya yığmasını seçən Səmədov U-21-də oynadı və yaşı ilə əlaqədar orada çıxışını başa vurduqdan sonra milliyə heç vaxt dəvət almayıb. Rusiyada 2-ci yığma yaradılmaqla, milliyə namizədlər ora çağırılsa da, Aleksandr orada yer almamağı üstün tutub.
Qeyd edək ki, Rusiyanın əsas yığmasının hollandiyalı baş məşqçisi Dik Advokat Səmədovu namizəd saysa da, Avro-2012-in seçmə mərhələsində Makedoniya ilə ev oyununa dəvət etməyib.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0