Vobay üçün “yaşıl işıq”
20.08.2011 - 13:50
Bolqarıstanlı futbolçu Enio Krastovçev Azərbaycan Premyer Liqasının cari mövsümündə 2 klubda oynaya biləcək. Apasport.az saytının məlumatına görə, ötən qış ölkəmizə gələrək, həmin vaxtdan AZAL-da oynayan 27 yaşlı hücumçu az öncə digər Bakı təmsilçisi – “İnter”ə keçdi. Bu çempionatda “təyyarəçilər”in heyətində 2 oyun keçirən Enio “Simurq” və “Xəzər Lənkəran”la görüşlərdə əsas heyətdə meydana daxil oldu.
İndi onun artıq mövsümün əvvəlində 2-ci komandada oynamağında problem yoxdur. Əvvəla, “transfer pəncərəsi” hələ avqustun 31-də bağlanacaq. FİFA-nın qaydaları isə futbolçuya 1 mövsümdə uzağı 2 komandada oynamağa icazə verir. Krastovçev artıq limitini bitirib və cari mövsümün sonuna kimi yalnız “İnter”də oynaya bilər. Yəni legioner FİFA-nın qaydalarına görə, qışda açılacaq növbəti “transfer pəncərəsi” zamanı başqa kluba keçə bilməz.
Əgər AZAL Enionu “İnter”ə icarəyə versəydi, onun qışda “təyyarəçilər”in sıralarına qayıtmağına qanun imkan verirdi. Ancaq bolqar futbolçu 1 illik müqavilə imzaladığı “İnter”ə birdəfəlik transfer olunub. O, yeni komandasında artıq bu gün “Bakı” ilə ev oyununda debüt edə bilər.
FİFA-nın qaydaları “Xəzər Lənkəran”ın əvəzedici heyətinə göndərərək, komanda axtardığı Julius Vobay üçün də “yaşıl işıq” yandırır. Yəni Syerra-Leonedən olan sağ cinah yarımmüdafiəçisi bu ayın sonuna kimi klublarımızdan birinə keçmək imkanına malikdir. Bu, reallaşmazsa, Vobay qışı, növbəti “transfer pəncərəsi”ni gözləməli olacaq. Həmin müddətdə isə “Xəzər Lənkəran” onu əsas komandasına qaytarmazsa, əvəzedici heyətində çıxışını davam etdirməklə barışmalı olacaq.
Vobay da Krastovçev kimi cari mövsümdə debüt edib. Düzdür, Eniodan fərqli 1 oyun az keçirib və məhz AZAL-la səfər görüşü öncəsi (3:0) “Xəzər Lənkəran”ın əsas komandasından kənarlaşdırıldığından, həmyaşıdı olan bolqarla meydanda görüşə bilmədi. Hər halda, Vobay Krastovçevdən fərqli cari mövsümdə qol vura bilib və debütdə “Sumqayıt Şəhər”la ev oyununda (2:1) qələbə topunun müəllifi olub. Julius “Xəzər Lənkəran”ın əvəzedici komandasının heyətində də çempionatda qol vura bilib və “Turan”a dünən qalib gəldikləri oyun (3:1) da Lənkəranda olub.
Qeyd edək ki, FİFA ölkə daxilindən fərqli avrokuboklarda futbolçuya mövsümdə yalnız 1 klubda oynamağa icazə verir.
Mehman SÜLEYMANOV

0
0