Mirça Rednik: Onların gəlişindən sonra orta xətt daha effektli olacaq
20.08.2011 - 20:48
Mirça Rednik: Onların gəlişindən sonra orta xətt daha effektli olacaq
“Təbii ki, qələbəyə görə sevinirəm. Komandamız ilk yarıda öz oyununu göstərə bilmədi. Rəqib birinci hissədə yaxşı müdafiə olundu”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

Cənub təmsilçisi Premyer Liqanın III turunda “Turan”ı öz meydanında 3:1 hesabı ilə məğlub edərək, turnir cədvəlində birinci pillədə mövqeyini qorudu.

Oyundan sonra təşkil olunan mətbuat konfransında rumıniyalı çalışdırıcı bildirib ki, komandası ikinci hissədə daha yaxşı oyun sərgiləyib: “Komandamız ikinci yarıda daha 2 qol vurub, qələbə qazandı. Əvvəlki müsahibələrimdə də demişəm ki, yaxşı komanda yaratmaq üçün vaxta ehtiyac var. Heyətdəki futbolçuların bəziləri hazırlığa gec qoşulublar. Klub prezidenti Mais Mənsimova minnətdaram ki, “Barselona” kimi bir klubun yetirməsini transfer etdik.

Rosas və Samedonun gəlişindən sonra orta xətt daha effektli olacaq. Sol cinaha da 1 futbolçu lazımdır. Bəzi çatışmazlıqlar mövcuddur və bunu aradan qaldıracağıq”.