“Xəzər Lənkəran” hər bir elementdə bizdən üstün idi”
20.08.2011 - 21:44
"Xəzər Lənkəran" hər bir elementdə bizdən üstün idi. Ona görə də bizdən yaxşı oyun nümayiş etdirdi. "Turan" yeni formalaşan komandadır".
Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra keçirilən mətbuat konfransında "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Abdullayev daha sonra meydançanın pis vəziyyətdə olmasından gileylənib: "Oyunçuların eyni vaxtda heyətə cəlb olunmamağı, seleksiya işini tam başa vura bilməməyimiz, futbolçularda fiziki durumun yaxşı olmaması və meydançanın pis vəziyyətdə olması “Xəzər Lənkəran”a qarşı istədiyimiz oyunu göstərməyə mane oldu.
Amma çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Əvvəlcədən bilirdim ki, bizim üçün ağır oyun olacaq. “Xəzər Lənkəran” çox hərəkətli komandadır. Mirça Redniki təbrik edirəm”.

0
0