Millimizin sabiq futbolçusu I divizionda oynayacaq
20.08.2011 - 23:03
Azərbaycan millisinin sabiq üzvü I divizionda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, "Qəbələ"nin sabiq kapitanı Kənan Kərimov "Karvan"da çıxış edəcək.
Vaxtilə ölkəmizin ən yaxşı hücumçularından biri sayılan Kərimov "Turan", "Qarabağ" və "Qəbələ"nin heyətində oynamaqla bərabər, milli komandaya da dəvət alıb. Toni Adamsın gəlişindən sonra heyətdən uzaqlaşdırılan kapitan bundan sonra iddialı klubun formasını geyinməyib.
35 yaşlı futbolçunun "Karvan"da oynamağa razılıq verməsinin səbəbi də müəyyənləşib. Yevlax futbol məktəbinin yetirməsi "Karvan"a kömək məqsədi ilə dəvəti qəbul edib. Kənanın yeni komandası Premyer Liqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoyub. Tərəflər arasında razılıq əldə olunsa da, hələ ki, rəsmi müqaviləyə imza atılmayıb.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0