“Şəfa”dakı rüsvayçılıq
20.08.2011 - 22:54
“Şəfa”dakı rüsvayçılıq
Premyer Liqanın III turunda baş tutan paytaxt derbisi - "İnter" - "Bakı" görüşündə qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, “Şəfa” stadionunda keçirilən matçın sonlarında "İnter"in qapıçısı Georgi Lomaya topu tutarkən ayağı "Bakı"nın gənc futbolçusu Novruz Məmmədovun sinəsinə dəyir.
Bundan sonra futbolçular arasında mübahisə yaşanır. Laysmanla məsləhətləşən görüşün baş hakimi Ramil Diniyev Lomayaya qırmızı vərəqə göstərməklə yanaşı, penalti nöqtəsini göstərir. Məhz bundan sonra klub rəsmiləri arasında da vəziyyət gərginləşir.

Hətta polis də bu mübahisəyə müdaxilə etməli olur. Hakimin qərarı ilə razılaşmayan "İnter" futbolçuları meydanı tərk edirlər. Onların qayıtmadığını görən hakimlər də paltardəyişmə otağına yollanırlar. "Bakı" futbolçularının da meydanı tərk etməsindən sonra görüş təxirə salınır.
Baş verən bu biabırçılıqla əlaqədar AFFA-nın İntizam Komitəsi qərar verəcək. Böyük ehtimalla “İnter” texniki məğlubiyyət alacaq və ya cərimə ediləcək.