Bəhruz Şirəliyev: Bu işlərlə ciddi məşğul olmaq lazımdır
20.08.2011 - 23:22
"Komandanın heyətində normal futbolçular olsa da, problemlər hələ də mövcuddur. Bu işlərlə ciddi məşğul olmaq lazımdır". Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Elitanın debütantı sayılsa da, "Muğan"ın davamçısı kimi göstərilən “Rəvan” gözləniləndən zəif çıxış edir. Əsasən “Muğan”ın məşqçilərinə və futbolçularına etimad göstərən komandanın ilk altılığa düşəcəyi real görünmür.
Şirəliyevin fikrincə, bunlar komandanın baş məşqçisi Bəhmən Həsənovu ciddi düşündürməlidir: "Bu məsələyə şərh verərkən, təkcə heyətə diqqət yetirmək lazım deyil. Hər şey kompleks şəkildə həllini tapmalıdır. Bu məsələ isə hamıdan çox komandanın məşqçilər korpusunu düşündürməlidir. Komandanın nəticələrinə baş məşqçi birbaşa cavabdehdir".

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0