Podolskinin bir ayağı “Qalatasaray”da
20.08.2011 - 23:30
Uzun müddətdir ulduz futbolçu transfer etməyi planlaşdıran "Qalatasaray" rəhbərliyi axtardığı oyunçunu Almaniyada tapıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Almaniya millisinin və "Köln" klubunun futbolçusu Lukaş Podolskini transfer etməyə çox yaxındır.
"Qalatasaray" rəhbərliyinin artıq "Köln"lə danışıqlara başladığı bildirilir. "Cim-Bom" Podolski ilə 4 illik müqavilə imzalamağı planlaşdırır.
Podolski "Qalatasaray"a transfer olunacağı təqdirdə isə ilinə 3,5 milyon avro qazanacaq.
Futbolçunun "Köln"dən ayrılmaq istəməsi "Qalatasaray"ın işini bir qədər də asanlaşdırır.

0
0