ŞOK: “İnter” çempionatı da tərk edir
20.08.2011 - 23:57
ŞOK: “İnter” çempionatı da tərk edir
“Güclü və ya zəif oynadığımızı deyə bilmərəm. Amma hər 2 epizodda penalti qərarı şübhəli idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

Premyer Liqanın III turunda “Bakı”nı qəbul edən “İnter” matçı yarımçıq tərk etdi. Buna da səbəb matçın sonlarında baş hakim Ramil Diniyevin meydan sahiblərinin qapıçısı Georgi Lomayaya qırmızı vərəqə göstərməsi və penalti nöqtəsini göstərməsi idi. Bununla razılaşmayan “İnter”in futbolçuları məhz Nikolovun göstərişi ilə paltar dəyişmə otağına yollandılar.

Nikolov bildirib ki, görüşün belə gərgin bitməsində hakimlər günahkardırlar: “Hakimlər briqadası səhv qərarları ilə oyunu bərbad etdilər. Birincisi, qoy gedib uşaqlar üzərində təcrübə toplasınlar, onlarla məzələnsinlər, sonra belə matçla çıxsınlar. Son sözüm budur: Biz çempionatı tərk edirik”.