Gəncədə 3 qol, “Neftçi”dən darmadağın
21.08.2011 - 21:48
Gəncədə 3 qol,  “Neftçi”dən darmadağın
Bu gün keçirilən 2 oyunla Premyer Liqanın III turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, xal itkisi görməyən 2 komanda növbəti qələbələrini qazanıblar.

Rəqiblərindən 1 oyun az keçirən “Qarabağ” Gəncəyə yollanaraq matçın taleyini ilk yarıda həll edib. Fasilədən sonra meydan sahibləri fərqi minimuma endirsə də bu ağdamlılara əngəl olmayıb. Onlar vaxtilə medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Kəpəz”i 2:1 hesabı ilə məğlub ediblər.

“Qarabağ” kimi ehtiyatda 1 oyunu olan son çempion “Neftçi” də ardıcıl 2-ci qələbəsini qeyd edib. Hazırda turnir cədvəlində axırıncı yerdə qərarlaşan “Sumqayıt Şəhər”ə aman verməyən bakılılar 4 cavabsız qolla x al hesabını 6-ya çatdırıb. “Ağ-qaralar”ın yeni baş məşqçisi Böyükağa Hacıyev ardıcıl ikinci, evdə ilk qələbəsini qazanıb. Bu, Hacıyevli komandanın ilk böyük hesablı uğuru olub. Həm də bakılılar mövsümün ən böyük hesablı qələbəsini qazandı.

Bugünkü qələbələrdən sonra “Neftçi” və “Qarabağ” liderin - “əzər Lənkəran”ın arxasınca qərarlaşıb. Bu 2 komanda yalnız 1 oyun az keçirdiyinə görə liderdən geridədir. Lakin hər 3 klub itkisiz irəliləyir.

Qeyd edək ki, turun ilk 4 oyunundan 3-ü başa çatsa da, “İnter” – “Bakı” qarşılaşmasında qalmaqal yaşanıb.

21 avqust

“Neftçi” – “Sumqayıt Şəhər” - 4:0
QOLLAR: Flavinyo, 20, Rəşad Abdullayev, 25, Bahodir Nasimov, 41, 59
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Elman Musayev, Ramil Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Kəpəz” – “Qarabağ” - 1:2
QOLLAR: Dmitri Parxaçov, 53 - Georgi Adamiya, 8, Rauf Əliyev, 12
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Elnur Muradov
Gəncə. Şəhər stadionu.

20 avqust

“İnter” – “Bakı” - 0:0 QARŞILAŞMA SONACAN OYNANILMAYIB
QIRMIZI VƏRƏQƏ: Georgi Lomaya, 90+2
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov
Bakı. “Şəfa” stadionu.
49-cu dəqiqədə “Bakı” penaltidən yararlana bilməyib. Aleksandr Şoliçin zərbəsini Georgi Lomaya qaytarıb.

90+2-ci dəqiqədə kobud oyuna görə Lomaya rəqibin futbolçusu Nurlan Novruzava qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılır. Üstəlik, “İnter”in qapısına penalti zərbəsi təyin edir. Bundan sonra meydanda qalmaqla düşür. Hər iki komandanın futbolçuları arasında dava-dalaş yaranır. Penaltiyə etiraz edən “İnter”in futbolçuları meydanı tərk edirlər. Baş hakim Ramil Diniyev bir qədər gözləsə də, “bankirlər” meydana qayıtmır. “Bakı” futbolçuları isə penalti vurmadan paltardəyişmə otağına yollanırlar.


“Xəzər Lənkəran” – “Turan” - 3:1
QOLLAR: Branimir Subaşiç, 33, 58; Rikordo Qomeş, 59 - Nadir Nəbiyev, 86
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

19 avqust

“Qəbələ” - AZAL - 1:1
QIRMIZI VƏRƏQƏ: Mahir Şükürov, 11
QOLLAR: Deon Barton, 50 - Viktor İqbekoyi, 43
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Azər Əsgərov, Vüsal Əliyev
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

11-ci dəqiqədə “Qəbələ”nin kapitanı Mahir Şükürov AZAL-ın hücumçusu Zohair Benouahini arxadan başla vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

82-ci dəqiqədə mübahisəli vəziyyət üzündən oyunda xeyli fasilə yaranır. AZAL-ın hücumusu Kristian Ruis Maradona sayağı əllə topu qapıda keçirir. Qol əvvəlcə hesaba alınsa da, sonradan baş hakim yan xətdəki köməkçisi ilə məsləhətləşdikdən sonra onu qeydə almır. Azarkeşlər qolun sayılmağına etiraz əlaməti olaraq meydançaya kənar əşyalar atırlar. Bunu dayandırmaq üçün qəbələli futbolçularla yanaşı, hətta baş məşqçisi Toni Adams meydana daxil olaraq, onlara müraciət edir.


“Simurq” – “Rəvan” - 1:1
QOLLAR: Elçin Xəlilov, 82 - Ramazan Abbasov, 90+3
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Samir Hacıyev, Rəhim Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

KomandaOQHMQollarXallar
Xəzər Lənkəran33008-29
Neftçi22005-06
Qarabağ22003-16
Qəbələ31203-25
AZAL31114-44
İnter21011-13
Turan31024-53
Kəpəz31025-73
Bakı20200-02
Simurq30211-42
Rəvan30123-51
Sumqayıt Şəhər30032-80

Bombardirlər: Ceyhun Sultanov (Gəncə), Emeka Opara (Xəzər Lənkəran), bahodir Nasimov (Neftçi) - 3