Türkiyə Superliqasının formatı dəyişir
21.08.2011 - 09:00
Türkiyə Superliqası yeni mövsümdən fərqli formatla keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu haqda Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Ali Aydınlar açıqlama verib.
Son hadisələrdən sonra Türkiyə futbolunun imicini yenidən özünə qaytarmağa çalışan Aydınlar bunun çıxış yolunu Superliqanın formatının dəyişdirilməsində görüb.
O bildirib ki, yeni mövsümdən etibarən Superliqada ilk 4 yeri tutan komandalar arasında pley-off görüşləri keçiriləcək. Məhz bundan sonra Çempionlar Liqasına gedəcək komandaların adına aydınlıq gələcək.
Pley-off görüşlərindən sonra birinci yeri tutan komanda birbaşa Çempionlar Liqasına, ikinci yeri tutan klub isə ÇL-in pley-off mərhələsində oynamaq imkanı qazanacaq.
Bu yarışda üçüncü pilləni tutan komanda Avroliqaya gedəcəyi halda, dördüncü yerin sahibi isə gözləməli olacaq. Çünki Superliqanı 5-ci və 8-ci pillədə başa vuran 4 komanda da öz aralarında pley-off oyunları keçirəcək. Burada qalib olan tərəf isə ÇL uğrunda yarışmada 4-cü pilləni tutan komanda ilə neytral meydanda oyun keçirəcək.
Məhz bu oyundan sonra Avroliqaya gedəcək növbəti komandanın adı müəyyənləşəcək. Türkiyə kubokunun sahibi isə birbaşa Avroliqada çıxış edəcək.

0
0