“İnter” rəhbərliyi futbolçuları daha da qızışdırdı”
21.08.2011 - 09:32
“İnter” rəhbərliyinin hərəkətini başa düşə bilmədim. Onlar futbolçularını sakitləşdirmək əvəzinə, daha da qızışdırdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Premyer Liqanın III turunda “Şəfa” stadionunda keçirilən “İnter” – “Bakı” görüşündə qalmaqal yarandı. Matçın son dəqiqələrində hakimin qərarına etiraz əlaməti olaraq “bankirlər” meydanı tərk etdilər.
Belə ki, oyunun baş hakimi Ramil Diniyev “İnter”in qapıçısı Georgi Lomayaya qırmızı vərəqə göstərməklə yanaşı, onun qoruduğu qapıya penalti təyin edib.
Məmmədovun sözlərinə görə, yaranmış ajiotaj sonradan daha böyük fəsadlara səbəb ola bilərdi: “Stadionda futbolu seyr edənlər arasında qadınlar, eləcə də uşaqlar vardı. Gərginliyin böyüməsi, yekunda vəziyyətin nəzarətdən çıxması ilə nəticələnəcəkdi. “İnter” tələsik qərar verdi. Bəlkə, futbolçumuz topu göyə vuracaqdı. Oyunu axıradək bitirmək lazım idi”.

0
0