461 gündən sonra Lənkəranda
21.08.2011 - 10:10
461 gündən sonra Lənkəranda
Azərbaycan yığmasının sabiq futbolçusu Nadir Nəbiyev qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın III turunda “Xəzər Lənkəran”ın qapısına qol vuran "Turan"ın 31 yaşlı futbolçusu uzun fasilədən sonra qol sevinci yaşayıb.

Nadir sonuncu dəfə 2009/10 mövsümündə rəqib qapısına yol tapmışdı. Bu, 2010-cu il mayın 16-da baş tutan sonuncu turda gerçəkləşmişdi. Nadir 461 gün əvvəl "Turan"ın "Karvan"la rəqib meydanındakı oyunun qəhrəmanı olaraq 4:1 hesablı qələbəyə 3 qolla töhfə vermişdi.