Əvvəl Petrjelanı sevindirdi, sonra Redniki
21.08.2011 - 10:47
Əvvəl Petrjelanı sevindirdi, sonra Redniki
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç çempionatımızdakı dubl həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın III turunda “Xəzər Lənkəran”ın 2 qolunu vuran 29 yaşlı futbolçu uzun fasilədən sonra belə sevinc yaşayıb.

Branimir "Turan"la matçdan əvvəl sonuncu dəfə hələ 2007/08 mövsümündə rəqib qapısına 2 dəfə yol tapmışdı. Bu, 2007-ci il dekabrın 1-də baş tutan I dövrənin sonuncu turunda gerçəkləşmişdi.

Branimir 1358 gün əvvəl "Neftçi"nin ABN-lə rəqib meydanındakı oyunun qəhrəmanı olaraq 2:0 hesablı qələbənin memarı olmuşdu. Vlastimil Petrjelanın ölkəmizdəki son oyununda dubl müəllifi olan bombardir bu dəfə digər əcnəbi mütəxəssis Mirça Redniki sevindirdi.