Yüzdə qalan düzdə qalmaz...
21.08.2011 - 14:00
Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardirlərinin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın III turunda “Xəzər Lənkəran”ın qapısına qol vuran Nadir Nəbiyev 101-ci dəfə buna nail olub.
"Turan"ın 31 yaşlı futbolçusu bununla da "Top-10"da dəyişikliyə səbəb olub. Nadir eyni sayda qola imza atan Kənan Kərimova çataraq, daha az oyun keçirdiyinə görə onu arada qoyub.
İndi artıq 9-cu olan Nəbiyev növbəti irəliləyiş üçün 2 qol vurmalıdır ki, həmin qollar onu daha 2 pillə irəli aparacaq. Kənanın da, Xaqani Məmmədovun da Premyer Liqadan kənarda olduğunu nəzərə alsaq Nəbiyev ilk onluqda yeganə futbolçudur ki, hələ də bu rəqəmi artıra bilər.
1. Nazim Əliyev 183 qol 236 oyun
2. Müşfiq Hüseynov 125 305
3. Rövşən Əhmədov 116 290
4. Samir Ələkbərov 115 170
5. Qurban Qurbanov 115 191
6. Alay Bəhramov 108 243
7. Vadim Vasilyev 102 251
8. Xaqani Məmmədov 102 274
9. Nadir Nəbiyev 101 299
10. Kənan.N. Kərimov 101 327

0
0