Futbolçular meydanı niyə tərk edib?
21.08.2011 - 15:10
Meksika futbolunda xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, I dəstədə keçirilən "Santos" - "Moreliya" qarşılaşması artıq 40-cı dəqiqədə dayandırılıb. Buna stadionun yaxınlığındakı atışma səbəb olub. Polis və narkomafiya nümayəndələri arasında atışmanın güllə səsləri oyunun dayandırılmasına səbəb olub. Meydan sahiblərinin prezidenti vəziyyətin belə olduğunu görüb azarkeş və rəqib komandadan üzr istəmək üçün meydanın mərkəzinə hərəkət edib. O, matçın dayandırılması üçün hamıya müraciət etmək istəsə də artıq gecikmişdi. Azarkeşlər də, futbolçular da, hətta hakimlər də gllə səsi eşidən kimi artıq aradan çıxmışdı.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0