Anatoli Doroşun rekordu və ya Branimir Subaşiç “3”ə çatdı
21.08.2011 - 16:31
Anatoli Doroşun rekordu və ya Branimir Subaşiç “3”ə çatdı
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç ölkə çempionatlarında heyətində qol vurduğu klubların sayını 3-ə çatdırıb. Apasport.az saytını məlumatına görə, əvvəllər “Neftçi” və “Qəbələ”də qol sevinci yaşamış serbiyalı legioner indi də “Xəzər Lənkəran”dakı şəxsi hesabını açıb.

Milliləşən legioner heç də hər əcnəbinin bacarmadığı bu nailiyyəti ilə Azərbaycan rekorduna bir az da yaxınlaşıb. Belə ki, ölkəmizə gəlib-getmiş yalnız 1 legioner daha çox - 4 klubda qol vurmağı bacarmışdı. Bu, moldovalı Anatoli Doroş olub. O, AZAL (Bakı), “MKT-Araz” (İmişli), “Karvan” (Yevlax) və “Standard”da (Sumqayıt) fərqlənib.

Branimir kimi daha 15 legioner, təbii ki, milliləşənlər də daxil olmaqla 3 klubda qol vurub. Bunlar Fabio Luis Ramim, Leandro Qomeş, Arif Daşdəmirov, Sergey Sokolov, Tagim Novruzov, Junivan Suares, Leonardo Roşa, Mario Souza, Georgi Adamiya, İrakli Beraya, Kaxaber Cebisaşvili, Qoqa Beraya, Viktor İqbekoyi, Əliyar İsmayılov, Anhel Qutyerres