“Oyun heç-heçə də bitə bilərdi”
21.08.2011 - 19:10
“Çox maraqlı bir qarşılaşma oldu. “Kəpəz” çox gözəl oyun nümayiş etdirdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi Premyer Liqanın III turunda Gəncədə “Kəpəz” üzərində qələbə (2:1) qazanmaqla, turnir cədvəlində ikinci pilləyə yüksəldi.
Amma Qurbanov bildirib ki, matç heç-heçə də nəticələnə bilərdi: “Mehman Allahverdiyev yaxşı komanda formalaşdırıb. Oyun heç-heçə də bitə bilərdi, məğlub da ola bilərdik. Lakin qalib gəldik və bizə lazım olan üç xalı qazandıq. Azarkeşlərə öz minnətdarlığımı bildirirəm. Komandalarını sona qədər dəstəklədilər”.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0