Yarımmüdafiəçilərin yerini dəyişəndə...
21.08.2011 - 19:14
“Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın III turunda “Qarabağ”la keçirilən oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gəncəlililərin çalışdırıcı rəqibi tərifləyib: “Qarabağ” kimi avrokuboklarda öz sözünü demiş güclü komandaya qarşı oynayırdıq. Hər iki komandada zədəli futbolçular vardı. Biz yarımmüdafiəçilərin yerini dəyişib oynadıq. Erkən qol buraxmağımız və ikinci qolu da öz qapımıza vurmağımız oyunumuza pis təsir göstərdi. İkinci hissədə daha gözəl oyun nümayiş etdirdik. Azarkeşlərə də təşəkkürümü bildirirəm ki, güclü yağışın altında sona qədər komandalarını dəstəklədilər”.
Qeyd edək ki, “Kəpəz” öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Kəpəz” öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə uduzub.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0