Millimizdən inamlı qələbə
21.08.2011 - 19:52
Latviyanın paytaxtı Riqa şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, «Nikars» klubu ilə qarşılaşan millimiz 6:2 hesabı ilə qələbə qazanıb. Futzalçılarımızdan Namiq Məmmədkərimov və Rüfət Balakişiyev dubl edib. Hərəyə bir dəfə isə Rizvan Fərzəliyev və Vitali Borisov fərqlənib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0