İsveç Azərbaycanın liderliyinə imkan vermədi
22.08.2011 - 08:45
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının mübarizə apardığı Avropa çempionatının B divizionunun B qrupunda rəqiblərimiz üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, lider İsveç yığması autsayder Albaniya basketbolçularının qonağı olub.
Qələbə həsrətində olan ev sahibləri son matçlarında da arzularını reallaşdıra bilməyiblər. Albanlar bu dəfə 57:68 hesabı ilə uduzublar.
Qeyd edək ki, bu matçdan sonra İsveç millisi yenidən liderliyə yüksəlib. Onlardan 1 xal geri qalan Azərbaycan yığması II pillədə qərarlaşıb. İlk “üçlüyü” isə Rumıniya basketbolçuları qapayırlar.
Albaniya – İsveç – 57:68 (22:16, 12:18, 12:25, 11:9)

1. | İsveç | 7 | 6 | 1 | 588-451 | 13 |
|---|---|---|---|---|---|---|
2. | AZƏRBAYCAN | 7 | 5 | 2 | 585-558 | 12 |
3. | Rumıniya | 7 | 4 | 3 | 508-553 | 11 |
4. | Belarus | 7 | 3 | 4 | 559-545 | 10 |
5. | Albaniya | 8 | 0 | 8 | 569-702 | 8 |
0
0