Con Toşak Azərbaycandan 2 futbolçuya ehtiyac duydu
22.08.2011 - 09:47
Makedoniya milli komandasının Avro-2012-nin seçmə mərhələsindən növbəti oyunlara heyətini açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni baş məşqçi Con Toşak Rusiya və Andorra ilə görüşə Azərbaycan Premyer Liqasından 2 futbolçu çağırıb.
Bunlar müdafiəçilər – İqor Mitreski (“Neftçi”) və Robert Petrovdur (AZAL). Sonuncu dəfə Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə səfər oyununda meydana çıxan Mitreski həmin vaxt aldığı zədə nəticəsində 1 aydır oynamır. O, bu səbəbdən yığmasının avqustun 10-da Azərbaycan millisi ilə yoldaşlıq matçında da komandasından kənarda qalmışdı. Hətta İqorun “Neftçi”dəki həmyerlisi Slavço Georgiyevski kimi milli karyerasını bitirdiyi deyilsə də, Toşak təcrübəli müdafiəçiyə ehtiyac görüb. Ancaq uelsli mütəxəssis yığmasının heyətində “Dalğa Arena”dakı görüşdə meydan çıxan Slavçoya etimad göstərməyib.
Qeyd edək ki, Toşakın makedonların baş məşqçisi postunda debütü sentyabrın 2-də Moskvada olacaq.

0
0