Rəşad Abdullayev yığmadan imtina etdi
22.08.2011 - 10:14
Bu gün Azərbaycan millisinin növbəti təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının xəbərinə görə, 2 futbolçu hazırlıqlara qatılmayacaq.
21 yaşadək futbolçulardan ibarət komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də İngiltərə ilə qarşılaşacağını nəzərə alan millimizin baş məşqçisi Berti Foqtsun razılığına əsasən, Araz Abdullayev bu yığmanın təlim-məşq toplanışına yollanıb. “Neftçi”nin futbolçusu Rəşad Abdullayev isə bu gün Foqtsla görüşərək, milli komandanın təlim-məşq toplanışında iştirak etmək istəmədiyini bildirib. Bunu nəzərə alan almaniyalı mütəxəssis Abdullayevin millinin heyətindən kənarlaşdırılması ilə bağlı qərar verib.
Qeyd edək ki, millinin təlim-məşq toplanışında üzrlü səbəb olmadan iştirakdan imtina etmiş Rəşadın məsələsi “Oyunçuların Statusu və Transferi haqqında Əsasnamə”yə uyğun olaraq, AFFA-nın İntizam Komitəsində müzakirə olunacaq, ona qarşı intizam cəza tədbiri tətbiq ediləcək.

- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0