Rəşad Abdullayev: Berti Foqts fikirlərimə hörmətlə yanaşdı
22.08.2011 - 12:07
“Berti Foqtsla söhbət zamanı fikirlərimi ona bildirdim. Milliyə dəvət göndərdiyi üçün almaniyalı məşqçiyə təşəkkürümü çatdırdım. Gələcək rəsmi və yoldaşlıq görüşlərində yığmaya dəvət alaramsa, kömək etmək arzusunda olduğumu bildirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Rəşad Abdullayev deyib.
3 il ərzində Berti Foqts tərəfindən Azərbaycan yığmasına çağırılmayan Abdullayev avqustun 22-24-də millinin təlim-məşq toplanışına aldığı dəvətdən imtinasını zədəsi ilə əlaqələndirib: “Bildiyiniz kimi “Neftçi”fə zədəli oyunçular çoxdur. Mən Zaqreb “Dinamo”su ilə oyundan öncə zədə almışdım və həkimlərin nəzarəti altında müalicə olunurdum. Uzun müddətdən sonra “Sumqayıt Şəhər”lə oyunda çıxış etdim. Millinin toplanışında iştirak etməmək üçün Foqtsla görüşdüm və onun razılığını aldım. O, bu görüşdən məmnun olduğunu bildirdi və mənim fikirlərimə hörmətlə yanaşıb, toplanışda iştirak etməməyimə icazə verdi”.
Qeyd edək ki, Abdullayev yığmanın 3 günlük hazırlığından kənarlaşdırılıb.

- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
0
0