Foqts Ramimin də xidmətindən məhrum oldu
22.08.2011 - 13:45
“Bakı”nın futbolçusu Fabio Luis Ramim də Azərbaycan yığmasının hazırlığında iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, milliləşdirilən braziliyalı yarımmüdafiəçinin zədə üzündən avqustun 24-də kimi davam edəcək təlim-məşq toplanışından kənarda qalacağı açıqlanıb.
Əslində, Fabio elə millimizdə, avqustun 10-da Makedoniya yığması ilə “Dalğa Arena”da yoldaşlıq görüşünün 2-ci hissəsində zədələnərək, əvəzlənmişdi. Bundan sonra “Bakı”ya 2 oyundur kömək edə bilməyən Ramimi yığmamızın baş məşqçisi Berti Foqtsun toplanışa çağırmağı maraq doğururdu.
Qeyd edək ki, Foqts açıqladığı siyahıda artıq 4-cü futbolçunun xidmətindən məhrum olur. Bunadək Araz və Rəşad Abdulalyevlər, milliləşdirilən nigeriyalı müdafiəçi Usim Ndukanın hazırlıqdan kənarda qaldığı bildirildi ki, sonuncunun də zədə problemi var.

- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
0
0