Mahir Şükürovun “qırmızı” ənənəsi
22.08.2011 - 14:29
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov 486 gündən sonra cəzalanıb. 29 yaşlı yarımmüdafiəçi cari mövsümdən şərəfini qoruduğu “Qəbələ”nin heyətində Premyer Liqanın III turunda AZAL-la ev oyununun (1:1) 11-ci dəqiqəsində rəqibi başla zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb.
Apasport.az saytının məlumatına görə, Mahir karyerasında ardıcıl 2-ci dəfədir yeni komandasını ilk oyunlardaca pis vəziyyətdə qoyur. Məsələ ondadır ki, Şükürov “Qəbələ”yə keçənədək şərəfini qoruduğu Rusiyanın “Anji” klubunda 2-ci görüşdə qovulmuşdu. Aprelin 20-də “Amkar”la səfərdəki oyunda (0:1) qısa müddətdə 2 sarı vərəqə alaraq, meydandan çıxarılmışdı.
Şükürov “Qəbələ”yə gələn kimi yeni kapitan seçildi və komandada 3-cü oyununda qırmızı vərəqə aldı. Bu dəfə onun kapitan olduğunu nəzərə alsaq, idmançıya yaraşmayan hərəkəti daha çox müzakirə olundu. Özü də Mahir ona yaxşı tanış olan komanda ilə görüşdə etdi.
Futbolçu AZAL “Olimpik” adlanan dövrdə - 2008/09 mövsümündə onun şərəfini qoruyub. Həmin vaxt Mahirin “Bakı”ya “Şəfa” stadionunda 2:1 hesabı qalib gəldikləri ev oyununda “Fair Play” qaydalarını pozması uzun müddət müzakirə obyektinə çevrilmişdi. Şükürovun topu rəqibə qaytarmaq əvəzinə onu komanda yoldaşı Junivan Suaresə ötürmüş, braziliyalı hücumçu da qol vurmuşdu.
Şükürov ölkə daxilində sonuncu qırmızı vərəqəsini də milli çempionatımızda alıb. Bu, “Anji”yə keçənədək oynadığı “İnter”də olub. Mahir 2009-cu ilin noyabrın 11-də “Neftçi” ilə Tofiq Bəhramov adına Respublika stadionunda 1:2 hesabı uduzduqları oyunun 5-ci dəqiqəsində ilk, 90-cı dəqiqəsində 2-ci sarı vərəqəni alaraq, meydandan çıxarılıb.
21 ay öncə keçirilən həmin görüşdə qırmızı vərəqəni FİFA referisi Vüsal Əliyevdən alan Şükürovu bu dəfə gənc hakim Əliyar Ağayev meydandan qovdu.

0
0