“Vaslui” Mirça Rednikə təklif göndərdi
23.08.2011 - 13:09
“Xəzər Lənkəran”ın rumıniyalı baş məşqçisi Mirça Rednik vətənindən təklif alıb. Apasport.az saytının məlumatına görə, “Vaslui” rəhbərliyi təcrübəli mütəxəssisi yenidən komandanın “sükanı arxasında” görmək istəyir.
Mövsümə uğursuz başlayan komandanın sahibi Adrian Porumboienin səbir kasası daşdığı üçün baş məşqçi Viorel Hizonu istefaya göndərmək fikrindədir. Bu istefa hələ ötən həftə reallaşmalı idi. Ancaq “Vaslui”nin Avropa Liqasında Praqa “Sparta”sı üzərində 2:1 hesablı qələbəsi çalışdırıcını xilas edib.
Avqustun 25-də baş tutacaq cavab görüşündə uğursuzluq olacağı təqdirdə Hizo qovulacaq və onun yerinə 2 əsas namizəd var. Bunlar Redniklə yanaşı, Rumıniya futbolunun əfsanəsi Marius Leketuşdur.
Həmkarlarımız da məhz Leketuşu daha şanslı sayırlar. Çünki Rednikin “Xəzər Lənkəran”ı mövsümün əvvəlində atıb gedəcəyi inandırıcı deyil. Leketuş isə 2009-2010 mövsümündə “Vaslui”i çalışdırdığından komandanı yaxşı tanıyır.
Qeyd edək ki, Rednik bu komandanın 2005-2006 mövsümündə baş məşqçisi olub.

0
0