“Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
08.10.2026 - 08:50
İtaliyalı hücumçu Fabio Borini futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, 35 yaşlı forvard peşəkar futbolla vidalaşmaq qərarına gəlib.
Borini karyerası ərzində İngiltərənin “Çelsi”, “Liverpul”, “Sanderlend”, “Suonsi”, İtaliyanın “Roma” və “Milan” klublarında çıxış edib.
Təcrübəli hücumçu Türkiyə Super Liqasında da forma geyinib. O, “Fatih Karagümrük”ün heyətində çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, Fabio Borini İtaliya millisinin heyətində bir oyun keçirib.
O, həmçinin ölkəsinin U-21 yığmasının şərəfini qoruyub.
0
0