2 medal və 46-cı yer
23.08.2011 - 14:08
Çində keçirilən Tələbələrin 26-cı Yay Universiadasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 26 idmançı ilə yollanan Azərbaycan milli komandasının çıxışı gözlənilən kimi uğurlu alınmayıb.
Belə ki, Aliyə Qarayeva (gimnastika) və Rüstəm Alimlinin (cüdo) qazandıqları gümüş medallar yığmamızı 65 ölkə arasında 46-cı yeri tutması ilə nəticələnib.
Universiada medal sayına və əyarına görə qalib isə ev sahibləri olub. Çinlilər yarışda nə az, nə çox – 145 medal (75 qızıl, 39 gümüş və 31 bürünc) qazanıblar. Onlardan sonrakı yerləri 132 medalla Rusiya (42 qızıl, 45 gümüş və 45 bürünc) və 79 medalla Koreya (28 qızıl, 21 gümüş və 30 bürünc) yığmaları tutublar.
Qeyd edək ki, Yaponiya komandası medalların əyarına görə 4-cü olsa da, sayına görə 3-cü olub – 87 medal (23 qızıl, 26 gümüş və 38 bürünc).

0
0