Vurğun Hüseynov: Bu, rəsmi oyunlar öncəsi bizə kömək edəcək
24.08.2011 - 12:37
“Məncə, yığmanın toplanışı faydalı oldu. Bu hazırlıq rəsmi oyunlar öncəsi bizə kömək edəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Vurğun Hüseynov deyib.
Avqustun 22-dən etibarən təlim-məşq toplanışına yığışan milli komandamız 3 günlük hazırlığını bu gün başa vurdu. Səhər məşqindən sonra futbolçular klublarına yollandılar. Hazırlıq barədə danışan 23 yaşlı futbolçu əsasən taktiki planda çalışmalara üstünlük verdiklərini vurğulayıb: “Taktiki gedişlər üzərinə işlədik. Fiziki yükləmə olmadı. Çünki klubların həftəsonu oyunları var. Baş məşqçi də bunu nəzərə alıb, əsasən topla çalışmalara üstünlük verdi”.
Yığmadakı ab-havanın yaxşı olduğunu qeyd edən Hüseynov qarşıdakı oyunlarda müsbət nəticə qazanacaqlarına inanır: “Uşaqların əhval-ruhiyyəsi yaxşı idi. Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Yorğunluq hiss olunmurdu. Məncə, müsbət nəticə qazanacağıq”.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0