“Sivasspor”da oynayıb, Azərbaycana gəldi
24.08.2011 - 13:01
Cari mövsümdə Premyer Liqada keçirdiyi 3 oyundan 2 xal toplayan “Simurq” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, Zaqatala təmsilçisi artıq 2 gündür düşərgədə olan qvineyalı Kanfori Sillanı sınayır.
Baş məşqçi Sergey Yuran yarımmüdafiəçi haqda qərar verməyə tələsmir.
31 yaşlı Silla karyerasının müəyyən hissəsini Türkiyə klublarında keçirib. O, Superliqada mübarizə aparan “İstanbul Böyükşehir Belediyyespor”, “Sivasspor”, “Konyaspor” klublarının formasını geyinib. Futbolçu Türkiyəyə gələnə qədər vətənində “Charleroi”, “Erqotelis”, “Kalithea” kimi komandalarda oynayıb.
2004-cü ildən Qvineya yığmasının da düşərgəsinə dəvət edilən Silla 38 oyunda meydana çıxıb.
Klubun idman direktoru Vaqif Əliyevin sözlərinə görə, düşərgəyə başqa əcnəbi futbolçular da qoşula bilər. Hazırda bu istiqamətdə danışıqlar aparılır.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0