Toni Adamsdan sərt ittiham
24.08.2011 - 12:57
“Qəbələ”nin baş məşqçisi Toni Adams “Arsenal”ın çalışdırıcısı Arsen Vengeri tənqid edib. Apasport.az saytının məlumatına görə, London klubunun əfsanəsi insan kimi çox sevdiyi fransalı mütəxəssisin çatışmazlıqlarının olduğunu deyib.
Adams fikrincə, baş məşqçilik heç də Vengerin güclü tərəfi deyil: “Arsen çox güclü psixoloqdur. Amma yekunda komandanı lazımınca toparlaya bilmir”.
Bu fikirlər isə İngiltərədə böyük səs-küyə səbəb olub. Hətta məşhur “Dailymail” nəşri Adamsın bu fikirlərinə etiraz edib.
Həmkarlarımız Toninin cavabını müqayisə ilə veriblər: “Əgər Adams özünü güclü məşqçi sayırsa, nəyə görə, Azərbaycan kimi futbolu aşağı səviyyədə olan ölkədə çalışır?”
Qeyd edək ki, Adams vaxtı ilə “Arsenal”da Vengerin rəhbərliyi altında oynayıb və komandanın kapitanı olub.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0