“Arazı “Qarabağ”da görmək istərdim”
24.08.2011 - 13:59
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın ilk 2 turunu qələbə ilə başa vurdunuz. Komandanız 4-cü turda iddiasını xeyli artıran “Qəbələ” ilə görüşəcək. Oyuna necə hazırlaşırsınız?
- Bildiyiniz kimi, hazırda komandada bəzi çatışmazlıqlar var. Futbolçulardan bir neçəsi zədəli, bəziləri isə milli komandanın düşərgəsindədir. Yığmada olanlardan Əfran İsmayılovla Rəşad Sadiqov indi tam gücləri ilə məşq etməyə qadirdirlər. Vüqar Nadirov Türkiyədən qayıtsa da, hələ bizimlə hazırlıq keçmir. "Kəpəz"lə səfərdəki matçda Emin İmaməliyev də zədələnib. Ona da məcburi istirahət verməliyik. Emin ən yaxşı halda, 1 aydan sonra oyunlarda iştirak edə bilər. Komandanın son iki məşqi istirahət xarakterli olub. Yəni, hazırlıqda futbolçuları çox yükləməmişəm.
- Millinin düşərgəsində olan Əfranla Rəşadı "Qəbələ" ilə görüşdə meydana buraxacaqsınız?
- Köhnə zədəlilərdə vəziyyət normaldır. Maksim də artıq komandaya qoşulub. O, çox güman ki, bu gündən etibarən məşqin bütün mərhələlərinə qatılacaq. Əfranla Rəşadın da vəziyyəti normaldır. "Qəbələ" ilə oyunda onlardan yararlanmaq istəyirik. Əgər bu tur da oynamağa qadir olmasalar, 5-ci turda meydana çıxacaqları dəqiqdir. Əslində, onlar bizə hər zaman lazımdır. Amma tələsməklə öz işimizi çətinə salmış olarıq. Odur ki, həmin zədəlilərə vaxt vermək lazımdır.
- “Qəbələ”ni necə xarakterizə edərdiniz?
- Oyunlarını canlı izləmək imkanım olmayıb. Onların iştirakı ilə keçirilən görüşlərin yalnız videoyazısına baxmışam. Məncə, təhlükəli rəqibdir. Bu komanda ötən illə müqayisədə çox dəyişib. Xeyli güclənib. Komandanın oyununa tam bələd olmadığıma görə, daha artığını danışa bilməyəcəyəm.
- Komandanız çempionatda və Avropa Liqasında sabit oyun nümayiş etdirdiyi üçün əksər görüşlərdə meydana favorit kimi çıxır. Maraqlıdır, “Qəbələ”nin sizinlə qarşılaşmada hansısa üstünlüyü varmı?
- Dediyim kimi, “Qəbələ” çox təhlükəli komandadır. Heyətində yetərincə yaxşı futbolçuları var. Məncə, görüşün keçiriləcəyi Quzanlı stadionunun qazonu elə də yaxşı vəziyyətdə deyil. Ot örtüyü hər iki komanda üçün əlavə problem yarda bilər. Rəqib isə son vaxtlar yaxşı örtüklü meydançada mübarizə aparır. Amma onların bu görüşdə üstünlükləri də var. Komanda xüsusən də standart vəziyyətləri yaxşı yerinə yetirməyi bacarır. Sözsüz ki, əsas silahlarından biri də aut atışlarıdır. Lyuba Baraninin autları çox təhlükəli alınır. Səhv etmirəmsə, son oyunda məhz Baraninin ötürməsindən sonra "Qəbələ" bərabərlik qolunu vurmuşdu. "Qəbələ" aut atışını həyata keçirəndə futbolçuların çoxu məcburən cərimə meydançası tərəfə sıxılır. Bu zaman hücuma çıxmaq çətin olur. Bax, "Qəbələ" dediyim bu iki arqumentdə güclüdür. Daha doğrusu, bu iki nüans rəqibin güclü tərəfidir. Amma fikrimcə, oyun tamamilə ev tapşırıqları üzərində qurulmayacaq. Azarkeşlər hər iki komandanın ifasında baxımlı və gərgin idman mübarizəsi izləyəcəklər.
- “Qəbələ” kapitanı Mahir Şükürov 4 oyunluq cəzalanıb. Bu amili sizin üçün üstünlük saymaq olarmı?
- Şükürovun cəzalandırılmasını bilirəm. Əlbəttə ki, Mahir bu komandanın kapitanıdır. Oynaması "Qəbələ"nin xeyrinə işləyəcəkdi. Məncə, Mahirin yoxluğu "Qəbələ" üçün ciddi problem olmaz. Çünki bu komandanın kifayət qədər ehtiyat qüvvəsi var. Rəqibin baş məşqçisi Mahirin mövqeyi üçün alternativ fikirləşəcək.
- Rəqiblə müqayisədə sizdə belə ehtiyat qüvvə yoxdur. Komandanın icraçı-direktoru Əmrah Çəlikəl də açıqlamasında yeni futbolçular almayacağınızı deyib. Yəqin ki, bu heyətlə hansı çətinliklərlə qarşılaşacağınızı göz önünə almısınız...
- Bəli, mən razıyam ki, ehtiyat qüvvəmiz azdır. Düzü, biz transferlər həyata keçirməyə çalışdıq. Amma istədiyimiz yerli oyunçuları ala bilmədik. Çalışırıq ki, "transfer pəncərəsi" bağlanana qədər bir yerli futbolçunu sıralarımıza cəlb edək. Əgər bu da alınmasa, qışa qədər gözləmək məcburiyyətindəyik. Əgər əcnəbi futbolçu almağa cəhd etsəydik, bunu həyata keçirə bilərdik. Amma indiki vəziyyətdə əcnəbi barədə düşünmürəm.
- Azərbaycan yığmasının üzvü Araz Abdullayevin adı komandanızla birgə hallanır. Onun “Qarabağ”a keçəcəyi həqiqətən də müzakirə mövzusudurmu?
- Ona bir futbolçu kimi rəğbətim var. Əgər düzgün istiqamətdə hazırlaşsa, parlaq gələcəyi olacaq. Əlbəttə ki, belə futbolçunu komandamda görmək istərdim. Amma onu indiki vəziyyətdə yalnız icarəyə götürmək ehtimalımız var. Mən isə bunun tərəfdarı deyiləm. Hər bir futbolçuya müqavilə əsasında sahib olmaq istəyirəm. Hazırda Arazın öz klubu var və onu müqavilə ilə komandaya cəlb etməyimiz mümkün deyil. Araza simpatiyam olsa da, onun komandamıza keçidi hal hazırda müzakirə olunmur.
- Azərbaycan yığmasının oyunları ilə əlaqədar çempionatda yaranan fasilədən istifadə edib komandanı ölkə xaricinə aparmaq və ya yoxlama görüşlərində sınaqdan keçirməyi düşünürsünüz?
- İstəsəm də, alınmır. Çünki bizim çox sayda futbolçumuz həmin vaxt bu və ya digər millinin heyətində yer alacaq.

0
0