Övladına görə “Qarabağ”dan ayrıldı
24.08.2011 - 13:47
“Qarabağ”ın makedoniyalı futbolçusu Nderim Nedzipi Premyer Liqanın növbəti turunda iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin övladı əməliyyat olunduğu üçün dərhal vətəninə yollanıb. Onun avqustun 27-də “Qəbələ” ilə görüşə kimi qayıdacağı gözlənilmir.
“Kəpəz”lə oyundan sonra 4 futbolçusunu milli komandamıza göndərən ağdamlılar bu gün tam heyətlə yığışıb və 1 günlük fasilədən məşqlərə başlayıb. Səhər məşqindən sonra millidən qayıdan futbolçuların artıq “Qarabağ”ın hazırlığına qatılması ilə axşam məşqini tam heyətlə keçəcək.
Bu, saat 17:30-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda olacaq. Komanda sabah Bakıda son məşqini etdikdən sonra Ağdama yollanacaq. “Qəbələ” ilə görüşə qədər daha bir məşq oyun keçiriləcək Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda olacaq.

0
0