Qolları bizə saxlayıblar
24.08.2011 - 14:41
Qolları bizə saxlayıblar
“Suriya ilə yoldaşlıq görüşü payızda rəsmi oyunlarımız öncəsi məşq idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstan yığmasının futbolçusu Sergey Xijniçenko deyib.

Millimizlə sentyabrın 6-da Bakıda keçiriləcək Avro-2012-in seçmə mərhələ oyununa çağırılan Karaqanda “Şaxtyor”unun hücumçusu həmin görüşdə fərqlənmək istəyir. Sergeyin fikrincə, millimizlə görüşdə yaranacaq qol şansını əldən buraxmamalıdır: “Suriya ilə oyun 1:1 hesabı ilə nəticələnsə də, çoxlu qol imkanlarımız oldu. İndi onları rəsmi oyunlarında reallaşdıracağıq. Qolları seçmə mərhələdə növbəti oyunlarımıza saxlamışıq. Yığmada çoxdandır qol vurmuramsa, deməli, harada sona kimi işləmirəm. Bu, qətiyyən mənə haqq qazandırmır. İnşallah, qollarım növbəti oyunlarda gələr”.

Qeyd edək ki, Xijniçenko milli komandamızla iyunun 2-də evdə 2:1 hesabı ilə gəldikləri rəsmi oyuna çağırılmamışdı.