Arsen Vengeri qovan hakim Bakıda
24.08.2011 - 15:04
İngiltərəli FİFA hakimi Li Probert Azərbaycan yığmasının oyununa ilk dəfə təyinat alıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-in seçmə mərhələsində sentyabrın 2-də komandamızın Belçika ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşündə söz sahibi olacaq 39 yaşlı referi 1986-cı ildən hakimlik edir.
Hələ 14 yaşında yerli liqalarda idarəçilik edən Probert 1998-ci ildən İngiltərə Futbol Liqasında baş hakimin köməkçisi kimi işə başlayıb. Onun ilk idarə etdiyi görüş 2001-ci ilin noyabrın 17-də İngiltərə Kubokunda olub. 2003-cü ilin avqustun 9-da isə Futbol Liqasında baş hakim kimi debüt edir. 2007-ci il iyulun 26-da Premyer Liqa oyunlarını idarə edən hakimlər qrupuna seçilib.
Probertin karyerası ilə bağlı ən diqqətçəkən məqam İngiltərənin əzəli rəqibləri olan “Mançester Yunayted”lə “Arsenal”ın görüşüdür. O, 2009-cu ilin avqustun 29-da “Old Trafford” stadionunda keçirilən matçda 4-cü hakim olub və idarəçiliyi ilə tənqidlərə məruz qalıb.
Yeri gəlmişkən, Li həmin oyunda məşhur həmkarı Maykl Dinin başçılıq etdiyi briqadada yer alıb və indi Din Azərbaycan – Belçika görüşündə onun ehtiyat hakimi olacaq.
Li derbidə “Arsenal”ın baş məşqçisi Arsen Vengerin hirslə butulkaya təpik vurmağını görərək, bunu dərhal Dinə məruzə edib. Nəticədə texniki zonadan qovulan fransalı mütəxəssis oyunun sonunu tribunadan izləməli olub.
İngiltərə kubokunun son mövsümündə - mayın 14-də “Mançester Siti” və Stok Siti” klubları arasında final oyununda ehtiyat hakim olan Li 2001-09-cu illərdə idarə etdiyi 235 matçda 564 sarı, 37 qırmızı vərəqə göstərib. O, ən çox “sarı”nı debüt mövsümündə (2001/02-də 10 oyuna 33) verib ki, bu da hər görüşə orta hesabla 3,3 deməkdir.
Qeyd edək ki, avqustun 13-də 39 yaşı tamam olan Probert yalnız ötən ildən FİFA referisi dərəcəsini daşıyır.

0
0