Azərbaycanlı futbolçuya erməni məsləhəti
24.08.2011 - 15:44
“Aleksandr Səmədovun da Azərbaycan millisində oynamaq variantı var idi. Ancaq biz onu inandırdıq ki, bunu etməyib Rusiya yığmasına can atsın. Belə götürəndə, Səmədov məsləhətimə qulaq asdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya Futbol İttifaqının vitse-prezidenti Nikita Simonyan deyib.
AFFA-nın baş katibi Elxan Məmmədovun Moskvaya səfər çərçivəsində “Spartak” və “Dinamo” klublarında oynayan soydaşlarımız – Emin Mahmudov və Aleksandr Səmədovla görüşməsi bu ölkədə müzakirə obyektinə çevrilib. Təbii ki, əsas mövzu soydaşlarımızın Rusiya yığmasından imtina edib, tarixi vətənlərini seçmələri ilə bağlıdır. Xüsusilə, Eminin hələ 19 yaşı olduğunu nəzərə alsaq, ruslar aşağı yaş qruplarından ibarət yığmalarında oynayan perspektivli futbolçunu itirmək istəmirlər.
Milliyətcə erməni olan Simonyan da bu vəziyyətdən narahatdır və Mahmudova məsləhətlərini bildirib: “Bundan sonra hər şey oyunçudan asılıdır ki, onun səviyyəsi milliyə düşmək üçün nə dərəcədə yüksəkdir. Ancaq Rusiya yığmasına hamı can atmalıdır. Hansı komandanı seçməyi Emin qərar verməlidir. Bu, çətin sualdır. Çünki burada birmənalı cavab vermək çox çətindir. Azərbaycanın vətəndaşlığını qəbul edib-etməməyi artıq oğlanın özü qərar verməlidir. Mən ona Azərbaycanın təklifini qəbul etməməyi məsləhət bilərdim”.
Vitse-prezident hadisələrin gələcək məcrasında başqa variant da görür: “Ola bilər ki, futbolçuya diqqət yetirmirlər. Hərçənd, əminəm ki, Mahmudov yığma səviyyəsinə çatıb. Onu yığmaya çağırmırlar, ancaq əvəzində başqa ölkənin millisində oynamağı təklif edilər. İndiki vəziyyətdə Azərbaycanı seçmək lazımdır. Hər futbolçu milli komandada oynamaq, Avropa və ya dünya çempionatının seçmə mərhələsində iştirak etmək istəyir. Bunu futbolçunu özü həll etməlidir”.

0
0