“Xəzər Lənkəran”ın bazasında yanğın
24.08.2011 - 16:54
“Xəzər Lənkəran” klubu xoşagəlməz olayla üzləşib. Apasport.az saytının xəbərinə görə, ötən gecə komandanın Lənkəran şəhərindəki bazasında yanğın baş verib.
Saat 04:00 radələrində baş verən yanğının yaranmasına yağış səbəb olub. Belə ki, güclü yağışdan sonra elektrik naqillərində yaranan qısaqapanma nəticəsində bazanı tüstü bürüyüb.
Bununla belə, bazaya ciddi problem dəyməyib.
Yuxuda olan futbolçular tez bir zamanda bazanı tərk ediblər. Onlar komandaya məxsus avtobusla Bakıya gəliblər.
“Ağ-yaşıllar” Premyer Liqanın IV turunda avqustun 27-də “Rəvan”la qarşılaşacağından, oyuna elə paytaxtda hazırlaşacaq.

0
0