ŞOK: “Fənərbaxça” Çempionlar Liqasına buraxılmadı
24.08.2011 - 20:15
Sabah Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının xəbərinə görə, İstanbulun “Fənərbaxça” komandası qitənin ən nüfuzlu klub turnirinin püşkünə qatıla bilməyəcək.
Az öncə UEFA-nın baş katibi Gianni İnfantino bu komandanın Çempionlar Liqasında iştirak edə biləcəyini demişdi. Amma Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytında yer alan xəbər “Fənərbaxça” rəsmilərini şoka salıb.
TFF-nin rəsmi internet saytında yerləşdirilən açıqlamada qərarın UEFA-nın tələbi ilə verildiyi bildirilir: “UEFA 23 avqust 2011-ci ildə TFF-ə göndərdiyi məktubda ölkəmizdə davam etməkdə olan danışılmış oyunlar istintaqı çərçivəsində "Fənərbaxça"nın bu mövsüm Çempionlar Liqasına qatılmaqdan çəkilmə qərarı verməsinin gərəkliyini, klubun bu yola getməyəcəyi halda, TFF-in "Fənərbaxça"nı 2011-2012-ci il mövsümündə Çempionlar Liqasına qatılmaqdan xaric etməsinin gərəkliyini, bu 2 yoldan hər hansı biri yerinə yetirilməsə, UEFA-nın özünün intizam araşdırması başladaraq TFF, yəni ölkəmiz əleyhinə intizam sanksiyaları tətbiq etmə vasitəsinə əl atacağını bildirib.
Bundan sonra vəziyyət TFF tərəfindən dərhal yazılı şəkildə "Fənərbaxça" klubuna çatdırılıb.
"Fənərbaxça" isə avqustun 24-də TFF-yə göndərdiyi cavab məktubunda TFF-in bu məsələdə ittihamnamənin məhkəmədəcə qəbulunun gözlənilməsinə yönəlmiş qərarına hörmətlə yanaşdıqlarını və qısa müddət ərzində belə önəmli məsələyə dair konkret qərar verilməsinin mümkün olmayacağını bildirib.
Bundan sonra məsələ TFF-in İcraiyyə Komitəsinin növbədənkənar toplantısında qaldırılıb və həm "Fənərbaxça"nın məruz qala biləcəyi ağır intizam sanksiyaları, həm də TFF-in, yəni ölkəmizin üzləşə biləcəyi intizam sanksiyaları göz önünə alınaraq, "Fənərbaxça"nın bu mövsüm Çempionlar Liqasına qatılmaqdan xaric edilməsinə qərar verilib".
Qeyd edək ki, "Fənərbaxça" ötən mövsüm Türkiyə Superliqasının qalibi kimi birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Lakin sonradan klubun danışılmış oyunlarda iştirakı ittihamı ilə cinayət işi açılıb. İstintaq çərçivəsində “sarı-lacivərdlilər”in prezidenti Aziz Yıldırım həbs olunub.

0
0