“Bu, çox lazımlı qələbə idi”
24.08.2011 - 23:12
“Bu, çox lazımlı qələbə idi”
“Son oyunda "Sumqayıt Şəhər" üzərində 4:0 hesablı qələbə qazandıq. Bu, çox lazımlı qələbə idi. Bunun nəticəsində 2 oyundan sonra maksimum xal toplamışıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun müdafiəçisi Tərlan Quliyev deyib.

Komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirən gənc futbolçu növbəti turda AZAL-a qarşı oyuna ciddi hazırlaşdıqlarını söyləyib: “AZAL-la oyuna da istəkli hazırlaşırıq. Təbii ki, bu il də çempionluq uğrunda mübarizə aparırıq. Var gücümüzlə çalışırıq ki, çempionluq titulunu qoruyaq. Baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirilən məşqlərimiz də buna köklənib. Özümə gəlincə, əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışıram”.