“Qalatasaray” “Real”la oyunda qələbəni əldən verdi
25.08.2011 - 08:58
“Qalatasaray” Madrid “Real”ı ilə görüşüb. Apasport.az saytının məlumatına görə, İspaniyada “Bernabeu Kuboku” uğrunda keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda hesabı 10-cu dəqiqədə “Qalatasaray”ın yeni transferi, Türkiyə yığmasının yarımmüdafiəçisi Səlcuk İnan açıb. Ancaq “Real” hələ fasiləyədək, 33-cü dəqiqədə müdafiəçisi Serxio Ramosun vurduğu qolla hesabı bərabərləşdirə bilib. Fransalı hücumçu Kərim Benzema 51-ci dəqiqədə vurduğu qolla madridlilərə qələbə qazandırıb.
Qeyd edək ki, bu, Fatih Terimin “Qalatasaray”ın baş məşqçisi postuna qayıdışından sonra 3-cü oyunu idi. “Cim Bom” bunadək “Liverpul” evdə böyük hesabla qalib gəlmiş (3:0), “Olimpiakos”a səfərdə uduzmuşdu (0:1).

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0