Aykut Kocaman istefa verdi
25.08.2011 - 09:54
Aykut Kocaman istefa verdi
“Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman istefa verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis komandasının avrokuboklardan kənarlaşdırılması xəbərini eşidəndən sonra postundan ayrılmaq qərarına gəlib.

Türkiyə Futbol Federasiyası ötən mövsüm danışılmış oyunlarla bağlı araşdırmasından sonra “Fənərbaxça”nın Çempionlar Liqasının qrup mərhələsinə buraxılmamağı haqda qərar çıxarıb.

Qeyd edək ki, Kocaman ötən yaydan çalışdırdığı komandanı debüt mövsümündə 1-ci etdi.