Ruslar da “Beşiktaş”ın Avropa Liqasından kənarlaşdırılmasını gözləyir
25.08.2011 - 10:37
“Fənərbaxça”nın avrokuboklardan kənarlaşdırılması Rusiyanın “Alaniya” klubunu həvəsə salıb. Apasport.az saytının məlumatına görə, Vladiqafqaz təmsilçisi Avroliqanın son təsnifat mərhələsində rəqibi, ilk oyunda səfərdə 0:3 hesabı ilə uduzduğu “Beşiktaş”ın da eyni aqibətlə üzləşəcəyini gözləyir.
Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbaxça”nı Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə buraxılmamağı haqda qərar çıxarıb. TFF-in son ölkə kubokunun qalibi “Beşiktaş”ı da avrokuboklardan kənarlaşdıra biləcəyi deyilir. Bu zaman “Alaniya” avtomatik Avroliqanın qrupuna düşəcək və bu gün Vladiqafqazda keçirilməli olan cavab görüşü ləğv olunacaq.
Qeyd edək ki, UEFA bu gün Avroliqanın son təsnifat mərhələsində keçirilməli olan “Trabzonspor” – “Atletik” oyununu ləğv etdi. Türkiyə klubu ÇL-in, İspaniya təmsilçisi Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı.

0
0