Aleksandr Səmədovdan AFFA-ya cavab: Ümidimi itirmirəm
25.08.2011 - 10:47
“Rusiya yığmasına düşmək ümidimi itirmirəm”. Apasport.az saytının məlumatına görə, bunu Moskva “Dinamo”sunun futbolçusu Aleksandr Səmədov deyib.
Rusiyada doğulan soydaşımızın Azərbaycan millisinə çağırılması son günlərin əsas müzakirə mövzularındandır ki, bu da AFFA-nın baş katibi Elxan Məmmədovun Moskvada Səmədovla görüşündən sonra gündəmə gəlib. Bununla əlaqədar Rusiyanın məşhur “Sport-Ekspress” qəzeti futbolçu ilə geniş müsahibə götürsə də, yığmamızdan söz düşməyib.
“Açığı, Rusiya yığmasının heyəti açıqlayanda, onu izləmirəm. Sonuncu dəfə komanda yoldaşım İqor Semşov mənə dedi ki, əvvəl çağırılanların hamısını dəvət ediblər, yenilər yoxdur. Digərlərinə şans verilməməyi millinin baş məşqçisi Dik Advokatın mövqeyidir. O, eyni heyətə güvənir. Prinsipcə, nəticə var, komanda 1-ci yerdə gedir. İndiki vəziyyətdə kiminsə bostanına daş atmaq fikrim yoxdur” – deyə, Səmədov bildirib.
Çoxları Səmədovu hazırda Rusiya çempionatında ən yaxşı sağ cinah yarımmüdafiəçisi sayır. Maraqlıdır, futbolçu yığmaya lazım olduğunu Advokata inandırmaq üçün daha nə etməlidir?
Aleksandr fikrincə, kiməsə nəsə inandırmağa hazırlaşmır: “Mənim prioritetim klubdur. “Dinamo” ilə yüksək yer tutmaq istəyirəm. Səmimi deyirəm: əgər kimsə yığmaya çağırılmadığıma görə çox həyəcan keçirdiyimi düşünürsə, onda çox səhv edir. Bəli, mən ilin əvvəlində yığmaya ümid edirdim. Ancaq indi tam fərqlidir, tam sakitəm. Nə vaxt çağırarlar, əlavə gücümün olmağına baxarıq. Əlbəttə, qarşıdakı Avropa çempionatında oynayacağıma inanıram”.

0
0