Mişel Platini: TFF “Fənərbaxça” haqda düzgün qərar çıxarıb
25.08.2011 - 10:59
UEFA prezidenti Mişel Platini Türkiyə Futbol Federasiyası (TFF) ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun başçısı TFF-nin “Fənərbaxça”nın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə buraxılmamağı ilə bağlı qərarını dəstəkləyib.
“Təbii ki, yaşanan son olaylar üzücüdür. Anma Türkiyə Futbol Federasiyasının qərarı doğrudur. Prosesləri biz də araşdırdıq. Yəni, bir ölkənin çempionu Çempionlar Liqasına gedə bilmirsə, 2-ci yeri tutan çıxış etməlidir. Bu da “Trabzonspor” olduğundan, bu komanda Çempionlar Liqasının qrup mərhələsinə qatılacaq” – deyə, Platini bildirib.
Qeyd edək ki, TFF-nin “Fənərbaxça” ilə bağlı qərarından sonra UEFA rəsmiləri ÇL-in püşkatmasının keçiriləcəyi Monakoda, “Le Meridian” otelində bir araya gəliblər. UEFA-nın türkiyəli vitse-prezidenti Şenes Erzikin də iştirakı ilə 3 saatlıq toplantı keçirilib.

0
0