Şenol Günəş: Türkiyə futbolu bitmə nöqtəsindədir
25.08.2011 - 11:27
“Futbolda yaxşı da, pis də günlərimiz olub. Amma belə bir hadisə ilə ilk dəfə qarşılaşıram”. Apasport.az saytının məlumatına görə, bunu “Trabzonspor”un baş məşqçisi Şenol Günəş deyib.
Türkiyə millisinə 2002-ci dünya çempionatında bürünc medal qazanan mütəxəssis “Fənərbaxça”nın Çempionlar Liqasından kənarlaşdırılmasına münasibət bildirib. Günəşin sözlərinə görə, “sarı bülbülləri” bu yarışda “Trabzonspor”un əvəzləməsinə baxmayaraq, belə xəbəri alarkən şoka düşüb: “Çox məyus və əsəbiyəm. Uzun müddətdir həyatını futbola bağlayan insan kimi Türkiyə futbolunun bitmə nöqtəsində olduğunu düşünürəm. Bu müddətdə çox pis idarə olunduq və olunuruq da”.
Qeyd edək ki, oyun alqı-satqısında günahlandırılan “Fənərbaxça”nı Çempionlar Liqasında “Trabzonspor” əvəzləyəcək.

- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0