Stüart Pirs: Bizim Velbek kimi futbolçumuz var
25.08.2011 - 11:35
“Bizim üçün ən vacib odur ki, seçmə mərhələdə oynadığımızı dərk edək. Hər halda, biz qrupun favoriti olsaq da, arxayınlaşmamalıyıq. Mənə elə gəlir ki, bizim qrup kifayət qədər çətin qrupdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Stüart Pirs deyib.
Britaniyalı mütəxəssis sentyabrın 1-də Avro-2013-ün seçmə mərhələsinin Azərbaycan, 4 gün sonra İsraillə yoldaşlıq oyunlarına çağırdığı 27 nəfərlik heyət haqda fikirlərini açıqlayıb.
Pirs “Mançester Yunayted”in əsas hücumçusuna çevrilən gənc Danni Velbek kimi futbolçusunun olması ilə öyünüb: “Bizim Velbek kimi oyunçumuz var ki, o, klubunun əsas komandasında möhkəmlənib. Henderson və Uolker haqda da bunu demək olar. Bu sevindiricidir ki, bir çox futbolçular həm əsas, həm də U-21 komandasında oynamaq iqtidarındadır”.
Qeyd edək ki, Kil Uolker “Tottenhem”, Cordan Henderson isə “Liverpul”un üzvüdür.

0
0