İngilislər Azərbaycan və İsrail yığmaları arasında fərq qoymadı
25.08.2011 - 11:49
İngilislər Azərbaycan və İsrail yığmaları arasında fərq qoymadı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avro-2013-ün seçmə mərhələsində keçirəcəyi ilk oyunun biletlərinin qiyməti məlum olub. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də yığmamızı qəbul edəcək ingilislər qiymətlərin o qədər də yüksək olmasını lazım bilməyib.

Belə ki, Uotfordda baş tutacaq qarşılaşmaya giriş böyüklər üçün 10, uşaqlar üçün 5 funt sterlinq olacaq. Maraqlıdır ki, 4 gün sonra Barnsli şəhərində İsraillə baş tutacaq matçın biletlərinin dəyəri də eynidir. Lakin həmin oyun seçmə deyil, yoldaşlıq xarakteri daşıyır.