“AZAL onun transfer xərcini ödəyə bilmirsə, baxışa niyə çağırırdı?”
25.08.2011 - 12:02
“AZAL onun transfer xərcini ödəyə bilmirsə, baxışa niyə çağırırdı?”
Moldova çempionatının bombardiri Georgi Boqyu AZAL-a keçmək üzrədir. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” ötən mövsüm “Milsami-Ursidos” klubunun heyətində fərqlənən 30 yaşlı moldovalı hücumçunu bəyənib.

Futbolçunun agenti Vasili Qavrila bildirib ki, müqavilənin bağlanılması ilə bağlı yeganə maneə futbolçunun transfer məbləğidir: “Milsami” Boqyuya görə bir məbləğ müəyyənləşdirib və onu almaq istəyir. Bu, normal praktikadır. Məbləğ böyük deyil, ancaq AZAL onun hamısını ödəyə bilmir”.

Məsələ ilə bağlı fikrini bildirən Moldova klubunun vitse-prezidenti Draqoş Xınku Bakı təmsilçisini qınayıb: “Problemin çox çətin olduğunu fikirləşmirəm. Biz futbolçunu başa düşürük. Problem ondadır ki, Boqyu baxışa gedəndə, hamı onun transfer məbləğini bilirdi. Əgər klubun qiymət haqda informasiyası vardısa və bunu ödəyə bilməyəcəklərini başa düşürdülərsə, onda futbolçunu niyə çağırırdılar?”

Qeyd edək ki, Georgi vətənində 26 qolla bombardir olub.